Axilleses vətəri nədir? Axilleses vətərinın qopması nədir?
Yunan mifologiyasına görə qəhraman Axilleses yalnız topuğundan zədələnəbilirmiş. Axillesin sürətlə qaçaraq, bütün insanları keçmə xüsusiyyətinə görə, topuğu baldır əzələlərinə bağlayan bağa, Axilles vətəri deyildi.
Axilles vətəri insan bədənindəki ən böyük bağdır və 1, 000 funt və ya daha çox gücə qarşı qoya bilər. Lakin, Axilles vətəri eyni zamanda, çox tez-tez qopar, professional atletlər və həftə sonu qaçan şəxslərdə, topuğu gərəyindən çox istifadəsində Axilles vətərinın iltihabı və zədəsi nəticəsində Axilles tendinitis əmələ gəlir.

Aşağıdakı hadisələrdən hər hansı biri Axilles tendinit pristupuna səbəb ola bilər:
  • Qəzişmə sürətinizdə və ya qət etdiyiniz uzaqlıqda ani artış,
  • Təkrarlanan işinizə, dikə yerimə və ya pilləkan çıxmanın əlavə olunması,
  • İstirahətdən sonra çox sürətli hərəkətə keçmə,
  • Qaçış yarışının yekununda olduğu kimi, ayağa əlavə bir güc yükləyərək, baldır əzələsinin ani və ya sərt sıxılmasına səbəb olan zədə,
  • Baldır əzələsində təbii elastikliyin (fleksibilitenin) olmaması səbəbindən, əzələnin aşırı işlədilməsi nəticəsində ortya çıxan mənzərə.
Axilles tendinitinin ən çox rast gəlinən simptomları:
  • Məşq və qaçışdan sonra, orta dərəcədə, getdikcə artan ağrı,
  • Ayağınızda hiss edilə biləcək dərəcədə hissiyat itkisi,
  • Qaçışdan bir neçə saat sonra, bağın uzunluğu boyunca bəzən şiddətli, diffüz və ya lokal ağrı epizodları,
  • Axilleses vətərinın topuq sümüyünə bağlandığı yerdən 3-4 sm yuxarıdaki nöqtədə, səhər oyandıqda həssaslıq,
  • Əzələ yığılması ilə bağın hərəkətə gəlməsi, ümumi olaraq sərtliyin azalması,
  • Bəzi şişmələr.
Bağın bir hissəsinin qompası və topuq oynağının bursiti kimi hallarda bənzər simptomlar mövcud olduğundan düzgün diaqnoz üçün ortoped cerrah müayinə etməlidir.

Müalicə, bağın zədələnmə dərəcəsinə bağlı olsa da, əksəriyyətlə aşağıdakıları əhatə edir:
  • Bir həftə müddətində məşq və qaçmağı tamamilədayandırmaq, tam bir istirahət və ya məşqləri üzgüçülük, Axilles vətərinı istifadə etməyən sadə hərəkətlərlə əvəz etmək,
  • Geyri steroid iltihab əleyhinə terapiya,
  • Topuğa dəstək və ya ayaq içliyi kimi əzələni dəstəkləməyə kömək edən və bağın üzərindəki gərginliyi yüngülləşdirən ortozlar,
  • Bağın hərəkətini məhdudlaşdıran xüsusi hazırlanmış bir bandaj,
  • Gərilmə, masaj, ultrason, ayağın ön hissəsindəki zəif əzələ qrupunu və ayağı qaldıran bükücü əzələləri (fleksör əzələlərini) uzatmaq üçün uyğun məşqlər.
Cərrahiyyə əməliyyatı, ən son müalicə yoludur. Əgər vətər və onu örtən kapsula arasında sürtünmə varsa; təbəqə qalınlaşaraq, fibroz toxumanı yaradır. Fibröz toxumanı təmizləmək və qopma varsa yırtığı tikmək, ən yaxşı müalicə variantı ola bilər. Axilles Tendinit xəstəliyində, yaxşılaşma yavaş gedir; müvəqqəti gips tətbiq oluna bilər və əzələ zəifləməsini önləmək üçün reabilitasiya proqramı tətbiq oluna bilər.

Axilles tendinitinin qarşısını almaq mümkün deyil. Yalnız tendinit pristuplarının başlama riskini azaldan, 6 (altı) tədbir vardı:
  • Qəzişmə ayaqqabılarınızı diqqətli bir şəkildə seçin. Ayaqqabılar, topuğunuzu vurmayacaq ayağınıza yetərli dəstək verməlidir Topuq sümüklərini yüngül bir mövqe dəyişikliyi ilə nizama qoyan, tövsiyə edilən, bir ortopedik vasitə istifadə etməniz də köməkçi ola bilər. Ən yaxşı tədbir; bdəninizin yorulma və güc həddini bilmək və məşq edərkən həssas bir proqram təqib etməkdir.
  • Qaçmaqdan əvvəl, bağın yenidən yavaş-yavaş isinməsi üçün, sürətlə gəzin və ayağınızı gərin. Bir neçə dəqiqənizi isinmə üçün sərf edərək, aylarca qopmuş və ya cırılmış Axilles vətərini müalicə etməkdən daha üstündür.
  • Baldır əzələlərinizi gərməyə və qüvvətləndirməyə istiqamətlənin.
  • Qaçmaq məsafənizi və sürətinizi yavaş-yavaş artırın. Artımlar 10%-dən çox olmamalıdır.
  • Dikə (təpəyə) qaçışlar və bənzəri kimi yorucu, pəncəyə güc salan yarışmalardan uzaq olun.
  • Məşqdən sonra istirahət edin.
OP.DR. SƏLİM MUĞRABİ
Selim Muğrabi; Ortopediya ve Travmatologiya Həkimi. 1970-ci ildə İskenderunda anadan oldu. 1993-cü ildə İstanbul Üniversiteti Tibb Fakultəsindən məzun oldu. 2002-ci ildə Haydarpaşa Numune Xəstəxanasında ortopediya...

Davamı

AYIN KONUSU - DABAN TİKANI
Daban Tikanı, səhər yataqdan qalxdığınızda, ilk bir neçə addımı attıqınızda, ayaq topuğunuzun içində başlayan şiddətli ağrı sizdəki plantar fassitise işarədir...

Davamı