|
Bunyonlar (Halluks valgus) cərrahi və tibbi üsullarla müalicə edilə bilən bir xəstəlikdir. Müalicənin əsas prinsipi başbarmaqtakı deformasiya səbəbi ilə yaranan basma qüsurunun aradan qaldırılmasıdır. Xəstələrdə tibbi müalicədə ana prinsip baş barmaq deformasiyası səbəbindən ayaqlarda pozulan mexanik tarazlığı müxtəlif ortopedik cihazlarla bərpa edilməsidir. Burada barmaqların arasına silikon, gecə taxılan çarxlar barmağı doğru pozisyada saxlayaraq ətraf toxumanın immobilizasiyası nəticəsində ağrını azalda bilər. Xüsusi hazırlanan ayaqqabı içliyi ilə xəstələrin baş barmaq deformasiyalarından qaynaqlanan güsurlu basmaları düzəldilir və ayaqda çox yük daşıyan bölgələrin tarazlığı normallaşaraq bərpa edilər.Bu ortezlərdən fayda görməyən xəstələrdə ağrının aradan qaldırılması və xəstənin daha rahat ayaqqabı geyməsini təmin etmək üçün cərrahi müdaxilə planlanır. Bunyon nədir?Bunyon ayaqda Halluks valgus deformasiyası səbəbi ilə yaranan baş barmaq ətrafındakı valgus tipli ( şişkin)deformasiyaya deyilir. Baş barmağın deformasiyası nəticəsində baş barmaq oynağı ətrafında oynağı qoruma funksiyasını daşıyan yağ yastıkçası ayaqqabı içində təzyiq altında qalır və bu səbəbdən kompensator böyüyür. Yağ toxuması böyüdükcə ayaqqabı təzyiqi artır, bu səbəbdən baş barmaq kənarında şişlik qızartı daima müşaət edilir.Bunyonlara nə səbəb olur?Bunyonların meydana gəlməsində ən çox rast gəlinən səbəb ayağa uyğun olmayan, ayaq baş barmağını bir mövqedə sıxan xüsusilə dar, iti burunlu ayaqqabıların uzun müddət geyilməsidir. Bununla yanaşı bunyonlar artrit və poliomiyelit (çoçuk iflici) kimi xəstəliklərdə də meydana gəlirlər. Bunyonun əmələ gəlməsində genetik faktorların rolu müəyyən edilib. Lakin bütün bu səbəblər bunyonların yalnız cox az faizini əhatə edir. Bunyonlar qadınlarda kişilərə nisbətən doqquz dəfə daha tez tez rast gəlinir.Bunyonların qarşısı alına bilərmi? Bunyonlar müalicə edilmədikdə bir müddət sonra xəstəliyin klinikasında tez-tez baş verən ağrı simptomları müşayət edilir.Lakin bütün bunyonlar böyüməyə meyilli deyildir. Bir çox bunyon problemləri əməliyatsız müalicə edilə bilər . Ümumiyyətlə ağrısız bunyonlarda cərrahi müdaxiləyə ehtiyac yoxdur. Bu səbəbdən ortoped mütəxəssislər ağrısız bunyonlar üçün "QORUYUCU Cərrahiyyə" ni tövsiyə etmirlər. Xəstələrin əksəriyyətində bunyon ağrısı uyğun ayaqqabı geyinməklə aradan qaldırıla bilər. Ayaqqabı aldığınızda diqqət ediləcək xüsusiyyətlər:
Baş barmağın repozisyasında (baş barmağın əyilməsi) ayaqlarınıza görə hazırlanmış xüsusi ayaqqabı içlikləri və ya ayaqabılar ağrınızı yüngülləşdirə bilər. Bunyon cərrahiyyəsi sizə uyğun mu? Əgər tibbi müalicə müvəffəqiyyətsiz yekunlaşıbsa, cərrahi müdaxilə düşünülə bilər. Bir çox elmi araşdırmalar, cərrahiyyə müdaxiləsindən sonra, xəstələrin 85 -90%-ndə müsbət nəticələrin əldə edilməsini təsdiq edir. Bunyona cərrahi müdaxilə edilməsi üçün göstərişlər:
Bunyon əməliyyatlarının ən əhəmiyyətli xüsusiyyəti əməliyyat sonrası dövrdə stabil yaxşılaşmanın müşahidə edilməsidir. cərrahi əməliyyat sonrası dövrdə əməliyyatın xüsusiyyətlərinə görə təxminən 4-6 həftə ağırlıq qaldırmaq olmaz, ardından təxminən 3. ay ərzində xüsusi seçilmiş geniş və rahat ayaqyə edilir. Xəstələr cərrahi əməliyyatdan sonra, təxminən 6-9 ay müddətində tam normallaşacaqdır. Bu müddət ərzində ayaqlarda şişkinlik və ayaqqabı geyindikdə çətinlik müşayət edilə bilər . Bu səbəblə bunyon əməliyyatı əhəmiyyətli bir əməliyyatdır. Cərrahiyyə əməliyyatından sonra, ayağınızın mükəmməl olması fikrindən çəkinin. Cərrahiyyə əməliyyatının məqsədi mümkün olduğu qədər ağrını azaltmaq və deformasiya olmuş barmağınızın həqiqi ölçülərini bərpa etməkdir. Bu əməliyyatı kosmetik cərrahiyyə əməliyyatı zənn etməyin. Ortopedik Cərrahiyyədə Bunyon əməliyyat növləri də bunyonları müalicə etmək üçün bir çox fərqli cərrahi üsullar tətbiq olunur. Baş barmaq ətrafındakı bağ və vətərin bərpası Baş barmaq oynağında inkişaf etmiş deformasiyaya bağlı olaraq oynağın kənarındakı toxumalarda həddindən artıq gərginlik müşahidə olunur. Bu ağrının meydana gəlməsində ən əhəmiyyətli səbəblərdən biridir. Aparılan sümük əməliyatlarına əlavə olaraq bu əməliyyatla oynağın tarazlığı təmin edilir. Dartılma və gərilməyə məruz qalan toxumalar kəsilir və bu şəkildə oynağın tarazlığı təmin edilir. ArtrodezXəstəliyin proqressiv və daha ağır formaları müşayət edilən xəstələr üçün deformasiyalı oynağın bərpası mümkün olmadıqda, oynaq kapsulası qaldırılaraq baş barmaq oynağı 10 dərəcədə sabitlənir. Sümüklərin birləşməsi üçün vida, tel və ya val istifadə edilir. Bu üsul ciddi bunyonlar,ağır artritlər və digər üsulların müvəffəqiyətsiz olduğu xəstələrdə istifadə edilən bir üsuldur.EkzostektomiyaBaş barmaq oynağının şəkil dəyişdirməsi nəticəsində 1-ci daraq sümüyünün xarici kənarı iltihablanan və ağrılı bölgə olması, sümükdə struktur dəyişikliyinin meydana gəlməsinə yol açır. Sümük uzanır və böyümə müşayət edilir. Ekzostektomi bu böyümüş parçanın çıxarılma əməliyyatıdır. Ana sümük əməliyatlarına əlavə olaraq bir cərrahı əməliyyatdır.Rezeksiya ArtroplastikaXüsusiylə yaşlı və aktiv hərəkət etməyən xəstələrdə seçilən bir üsuldur. Bu əməliyyatda oynağın zədələnmiş hissələri təmizlənir və oynağın kapsulunu bu səthlərin yerinə çəkib yalançı bir oynaq yaradılır. Bu əməliyyatın əməliyyat sonrası period yaxşı keçərək təxminən 6 həftənin sonunda müsbət nəticə müşayət edilər. Xəstələrdə kosmetik nəticələrin yaxşılaşma faii yüksək olmasından bu əməliyyat üsulu daha çox yaşlı xəstələrdə tətbiq olunur.Osteotomiyaİnkişaf etmiş deformasiyanin dərəcəsi ölçülərək daraq sümüyü uyğun bucaq altında kəsilərək deformasiyanin tərs istiqamətinə sürüşdürülməsi əməliyyatıdır. Daraq sümüyünün sürüşdürülməsi əməliyyatının müxtəlif fərqli tiplərini videolardan seyr edə bilərsiniz.Ortopedik QiymətləndirməBunyon cərrahiyyəsi ilə əlaqədar hazırlıqlar siyahısı.Ortopedik qiymətləndirmə üç komponentdən ibarətdir .
Bunyon Cərrahiyyəsi haqqında Real gözlədiyiniz nəticə Qərar vermə anında əhəmiyyətli faktor Bunyon Cərrahiyyə əməliyyatında tətbiq olunacaq üsul çərçivəsində nə edib nə edə bilməyəcəyimiz mövzusunun başa düşülməsidir. Bunyon cərrahiyyə əməliyyatından sonra, xəstələr böyük əksəriyyətlə ağrının çox sürətlə azalmasıyla birlikdə baş barmaq xəttində əhəmiyyətli bir düzəlməni müşahidə edəcəklər. Bunyon Cərrahiyyə əməliyyatından sonra, sizə kiçik və dar burunlu ayaqqabılar geymənizə icazə verilməyəcəkdir.Hətta həyatınızın geri qalan hissəsində bəzi modeldə ayaqqabıların qeyinilməsi məhdudlaşdırılacaq. Bunyon deformasiyasının ilk səbəbi sərt ayaqqabılar olduğunu xatırlayın. Əgər o tip ayaqqabıları təkrar geyinməyə başlasanız bunyonunuz yenidən əmələ gələcək. Cərrahiyə əməliyyatına hazırlıq Bunyon əməliyyatına qərar verildikdə əməliyyatdan əvvəl, ümumi sağlamlığınızı qiymətləndirilmək üçün tam müayinə olmalısınız. Ürək, ağciyər və ya digər xroniki xəstəlikləriniz varsa həkiminiz əməliyyatdan əvvəli bu problemlərinizi deyərləndirəcəkdir. Əməliyyatdan əvvəl qəbul etdiyiniz dərmanları həkim ortopedə bildirin. O sizə əməliyyatdan əvvəl hansılarını qəbul edəcəksiniz, hansılarını kəsəcksiniz. Həkim ortoped əməliyyatdan əvvəl qan nümunələri, elektrokadiogramma, ağciyər rentgeni, idrar nümunəsi və ayağın xüsusi rengeni kimi təhlillərin nəticəsinə baxa bilər. Əməliyyat Böyük ehtimalla siz əməliyyatdan bir-iki saat əvvəl xəstəxanaya və ya cərrahi mərkəzinə gəlməli olacaqsınız. Xəstəxanaya daxil olduqdan sonra Anesteziya qrupunun bir üzvü tərəfindən müayinə edilib dəyərləndiriləcəksiniz. Bir çox bunyon əməliyyatında anesteziya topuq oynağınızın altından blokada ilə keçirilir. Arada sırada, ümumi və ya spinal anesteziya də istifadə edilə bilər. Anestezioloq lazım gəldikdə digər dərmanları tətbiq etmək üçün və sizin əməliyyatınızın rahat keçməsi üçün əməliyyatın əvvəlindən sonuna kimi sizinlə qalacaq. Əməliyyat təxminən 2 saat davam edər. Bundan sonra istirahət palatasına keçəcəksiniz.Əməliyyatdan bir gün sonra xəstəxanadan evə yazılacaqsınız. Əməliyyatdan sonra ağırlaşmalarBunyon əməliyyatından sonra 10% dən daha az sayda xəstədə ağırlaşma müşahidə edilir. Bu ağırlaşmalar infeksiya, bunyonun təkrarlaması, sinir zədələnməsi və davam edən ağrıdır.Ağırlaşma ortaya çıxdıqda bu ağırlaşmalar müalicə edilə bilərlər, lakin bu sizin yaxşılaşma müddətinizi uzadacaqır . Cərrah ortoped müaləcə metodunu seçərkən sizə olabiləcək ağırlaşmaları açıqlayacaq. Evdəki yaxşılaşmağınızƏməliyyatın müvəffəqiyyətinin böyük bir qismi sizin, evdə, əməliyyatdan sonrakı ilk bir neçə həftə ərzində, həkim ortoped tövsiyələrini nə qədər yaxşı təqib ettiyinizə bağlı olacaq. Ayağınızın doğru düzgün yaxşılaşmasında əmin olmaq üçün,əməliyatdan sonra bir neçə ay müddətində müntəzəm olaraq cərrahınıza müayinə olacaqsınız.Əməliyyatdan sonra ayağa qulluqXəstəxanadan ayaq baş barmağınız əməliyyatda düzəldilmiş mövqedə tutan bandajlarla evə yazılacaqsınız. Eyni zamanda əməliyyatdan sonra xüsusi bir ayaqqabı geyəcəksiniz və ya ayağınızı qorumaq üçün pəncəniz gipsə qoyulacaq. Tikişləriniz əməliyyatdan təxminən iki həftə sonra açılacaq, lakin ayağınız sarğı və ya bir bağ (brace) bağlanmalıdır. Düzgün yaxşılaşmanı təmin etmək üçün əhəmiyyətli olan; sarğı və ya gipsinizin quru tutulmasıdır. Yuyunarkən ayağınız üzərinə plastik bir torba yerləşdirməyi unutmayın.Bədən duruşunun əhəmiyyətiOrtoped cərrahınız sizə əməliyyatdan sonra ilk bir neçə həftə üçün tayaq, çəlik və ya qoltuqağacı tövsiyə edə bilər. Əməliyyat edilən ayağınızın üzərinə bir müddətdən sonra yavaş-yavaş ağırlıq verə bilərsiniz. Əməliyyatdan bir neçə həftə sonra qısa məsafələrə yeriyəbilərsiniz. Yəqin ki, təxminən bir həftə içərsində yenidən normal gəzə biləcəksiniz.Şişlik və Ayaqqabı GeyinməƏməliyyatdan bir neçə gün sonra ayaqlarınızı mümkün qədər.çox yüksəkdə saxlayın ki ağrı və şişkinliyi azaltmaq üçün; həkim ortopedin tövsiyəsinəuyğun olaraq ayağınıza buz qoya bilərsiniz. Altı ay qədər ayağınızda müəyyən şişmə olacaq. Sargılarınız çıxarıldıqdan sonra ilk bir neçə ay üçün, əməliyyat yeri tam yaxşılaşana qədər, yalnız atletik (idman tərzində) ayaqqabılar və ya yumşaq Oksford növü dəri ayaqqabılar geyin. Əməliyyatdan sonra altı ay ərzində yüksək dikdaban dəb dəbəli ayaqqabıları geyməyin. Ayaqqabılarınızı seçərkən, bu kitabçada daha əvvəl təqdim edilən ayaqqabı növlərinə baxın. Bu bunyonunuzun təkrarlanmasını önlləriniəyəcək. Ayağınızı gücləndirən məşqlərƏməliyyatdan sonra ayağınız gücünün və hərəkətlərinin bərpa edilməsi üçün bəzi məşqlər və ya fizioterapevtik müalicə tövsiyə edilə bilər.Cərrahınız ayaq biləyinizin gücləndirən cərrahi bir bant istifadə edərək ayaq barmaklarınızdakı hərəkətin bərpası üçün bəzi top məşqləri təyin edə bilər. Bu məşqlərə, yavaş-yavaş başlayın və cərrahınızla fizyoterapevtin təyinatlarını müzakirə etdikdən sonra tətbiq edin. Dərman Müalicəsi Ortoped cərrahınız əmeliyatınızdan sonra bir müddət infeksiyaya qarşı antibiotik təyin edə bilər. Ağrılar səbəbi ilə əməliyyat olduğunuzdan əməliyatdan sonra uzun müddət ağrıkəsici dərmanlar təyin ediləcəkdir. Əməliyyatdan sonra çəkinəcəyiniz hallar Bunyon əməliyyatından sonra ağırlaşmalar meydana gələ bilər. Aşağıdakı hallar müşayət edildikdə həkim ortopedinizə müraciət edin:
Təyin edilmiş dərəcədə müntəzəm məşqlərin gündəlik həayat tərzinizdəki hərəkətləri yenidən icra etməniz üçün və tam yaxşılaşmanızı çox əhəmiyyətlidir. Ortoped cərrahınız və fizioterapevtiniz, əməliyyat sonrası sarğılarınızı çıkarttığınızda, təxminən gündə iki və ya üç dəfə 20 - 30 dəqiqə məşq etmənizi tövsiyə edə bilərlər. Bu qaydalar, sizin ortoped cərrahınız və fizioterapevt tərəfindən nəzarət edilən məşq /hərəklər proqramınızı daha da yaxşı anlamanıza kömək edə bilər. Əməliyyatdan sonra ilk məşqlər Yerimə-əməliyyatsonrası ayaqqabıyla düzgün yerimək çox əhəmiyyətlidir. Əvvəlcə qoltuqaltıağaç və ya tayaqla yeriməlisiniz. Cərrahınız və ya fizioterapevtiniz ayağınıza nə qədər ağırlıq verəcəyinizi təyin edəcəkdir. Qoltuqaltıağac və ya tayaqla ağırlığınızı tarazlayıb rahat bir şəkildə dik ayaqda durun. Qısa bir məsafəni qoltuqaltıağaç və ya tayaq ilə yeriməlisiniz; sonra əmeliyatlı ayağınızı irəliyə doğru atın, ilk olaraq ayağınız topuğunu yerə basın. İrəliyə doğru hərəkət etdiyinizdə ağırlığınızın çoxu topuğunuzda qalabiləcəkdir. Daha sonra ayağınızı bütünlüklə nə vaxt yerə basa bilməniz və qoltuqaltıağaç və ya tayaq ilə yerimənizi dayandırmanız haqda məlumat veriləcəkdir. Bilək nasosu-Baldır və bud əzələlərinizi ritmik olaraq sıxaraq ayağınızı yuxarı və aşağı hərəkət etdirin. Bu məşqi palataya keçdikdən sonra periodik olaraq saatda 2-3 dəfə 2-3 dəqiqə ərzində təkrarlayın. Üst səviyyəli məşqlər Dəsmal Çəkmə hərəkəti-Yerə kiçik bir dəsmal qoyun və yalnız barmaqlarınızı istifadə edərək dəsmalı özünüzə doğru çəkin. Dəsmalın bir ucuna ağırlıq qoyaraq müqaviməti artıra bilərsiniz. İstırahət edin və bu məşqi 5 dəfə təkrarlayın. Barmağı Qaldırmaq, Barmağı Qatlamaq-Hər iki mövqedə barmağınızı 5 saniyə tutun və 10 dəfə təkrarlayın. Baş Barmaq Çəkisi-Hər iki ayaq barmağınıza rezin bant keçirin və rezini çəkərək iki baş barmağınızı bir-birindən uzaqlaşdırın. 5 Saniyə saxlayın və 10 dəfə təkrarlayın. Barmaqları Bir-birindən Çəkmə-Bütün barmaqlarınızın ətrafına qalın bir rezin bant keçirin və barmaqlarınızı ayırın. 5 Saniyə qalın və 10 dəfə təkrarlayın. Barmaq Sıxma-barmaqlarınızın arasına kiçik göbələklər yerləşdirin və 5 saniyə sıxışdırın. 10 dəfə təkrarlayın. Muncuq toplama-Yerə 20 dənə muncuq qoyun ayağınızla hər səfərində bir muncuğu alın və bir kasaya qoyun. 20 muncuğ ilə təkrar edin. Hərəkətlər Əməliyyatdan sonra yavaş-yavaş qısa məsafələrdə yeriməyə başlayın və hər gün gündəlik hərəkətlırinizi təkrarlayın. Bu ilkin hərəkətlər yaxşılaşmanıza köməklik edər və hərəktlərinizi tam bərpa edər. Yerimə-İlk dəfə atletik(idman) ayaqqabıları geyinib məşq üçün yeriməyə başlaya bilərsiniz. Ortopediniz və fizioterapevtiniz yerimə hərəkətini nə vaxt icra edəbilməniz haqda sizə məlumat verəcək. Qaçma-İlk dəfə ağrı olmadan yeriyə bildinizsə ən çox baş barmağınızın hərəkət qabiliyyətinin bərpa ediləc. Cərrahınız və və fizioterapevtiniz qaçma hərəkətini nə vaxt icra edəbilməniz haqda sizə məlumat verəcək. Başa İdman hərəkətləri-İlk dəfə ağrı olmadan qaçdığınızda bir çox xəstə kimi siz də professional idman yarışlarına geri qayıda bilərsiniz. Buraya komanda şəklidəidman növləri, aerobika və step-dırmaşma kimi hərəkətlər daxildir. Məşqdən sonra şişmə və Ağrı-Hərəkət və ya məşqdən sonra ayağınızda orta dərəcədə ağrı və ya şişmə ola bilər. Ayaqlarınızı yüksəyə qaldırın və dəsmala sarılmış buz qoyun. Mütəmadi məşqlər gücünüzü və hərəkətliliyinizi artıracaqdır. |