Daban Tikanı Nədir, Daban Tikanı məşqləri nələrdir?
Daban Tikanı, səhər yataqdan qalxdığınızda, ilk bir neçə addımı attıqınızda, ayaq topuğunuzun içində başlayan şiddətli ağrı sizdəki plantar fassitise işarədir. Bu vəziyyət dabanınızın və ya ayağınız fleksör üzünün (plantar) çox hərəkət edilməsindən qaynaqlanan bir ağrıdır.Daban tikanı diaqnozu, daban sümüyünüzü ayaq barmaqlarınızın pəncə qisminə (alt qisiminə) bağlayan toxumanın (fasya) fibroz bantlarının iltihabı deməkdir.

Qadınlar, çəkiniz normadan artıqdırsa və ya işdə olduqca çox yeriməyiniz və ya ayaqda sərt zəmində ayaq üstündə durmağınız tələb edilirsə,daban tikanı yaranma ehtimalı çox yüksəkdir. Daban Tikanı məşqləri vaxtı qaçış və ya yeridiyinizdə xüsusi ilə topuğ oynağınızı qatlama hərəkətlərini olduqca məhdudlaşdıran, sərt baldır əzələləriniz varsa daban tikanı yaranma riski altındasınız.Düz enli pəncəli ayaqları olan və ya çox yüksək ayaq gövsü olan insanlar, daha çox Daban Tikanı simptomlarına meyllidirlər. Bu vəziyyət, yavaş yavaş daban sümüyündə orta dərəcədə bir ağrıyla başlayır s, ayağın bir daşla berelenmesiyle maraqlandırılar. Daban Tikanı ağrılarını məşqlər vaxtı deyil, daha çox məşqdən sonra hiss eəksiniz. Ağrı klassik olaraq, təkrar günorta vaxtı yemək fasiləsi zamanı artaraq başlayır. Əgər daban tikanını müalicə etdirməsəniz, xroniki vəziyyətə çevrilə bilər, hərəkətlərinizi eyni səviyyədə saxlayabilməyəcəksiniz və yerimə şəklinizi dəyişəcəyi üçün; ayaq, diz, omba və kürək problemlərinizin yüngül simptomlarını daha da inkişaf etdirə bilərsiniz.

Müalicələr

Daban Tiikanı narahatlığının ilk müalicəsi istirəhətdir. Ağrı keçməyənə qədər, ayağınız üzərindəki ağırlığı aradan qaldırmağa çalışın.Daban Tikanı simptomlarınızı yüngülləşdirmək üçün, ağrılı bölgəyə, gündə iki, üç dəfə, iyirmi dəqiqə müddətlə buz tətbiq edin. Həkim, sizə ibuprofen kimi steroid olmayan, ağrıkəsici dərman istifadəsini tövsiyə edəcək. Axill tendonunuzu və plantar fasyanızı möhkəmlədən və elastikliyini artıran daban tikanı məşqləri proqramını evdə təkrarlasanız, bu vəziyyəti müalicə etmək və xəstəliyin təkrar pristup vermə şansını azaltmaq üçün ən böyük dəstəkdir. Daban tikanı məşqlərində; dizinizi divara qarşı düz tutub topuğunuz yerə basın, digər dizinizi bükərək, divara yaslayın. Sizin daban Bağınız (Axill tendonunuz) və ayaq qövsünüz söykənərkən dartılıb elastikləşəcək. On saniyə bu mövqedə qalın və sonra ayaqda düz duraraq istirahət edinın . Hər ağrıyan topuğunuz üçün iyirmi dəfə təkrarlayın. İkinc idaban tikanı məşqində ayaqlarınızı ayıraraq, bir ayağınızı digərindən qabaqda tutaraq, önə doğru qarşı tərəfə əyilin. Dizlərinizi əyib dabanlarınızı mümkün olduğu qədər yerdə tutaraq aşağıya doğru çöməlin.Daban bağı və ayaq qövsünüz bu hərəkətdə dabanlarım yuxarı qaldıracaq qədər gəriləcəkdir. On dəqiqə belə qalın, istirahət edin və düz durum. Bu hərəkəti iyirmi dəfə təkrarlayın.

Başlanğıc müalicəsindən sonra daban tikanı olan insanların% 90 nda nəzərə çarpacaq qədər inkişaf müşahidə edilmişdir. Şok əmici içlikli ayaqqabılar və ya uyğun olaraq (rezin)daban peti kimi standart ortopedik qurğular istifadə etməniz tövsiyə edilir. Ayağınız spesifik bir mövqedə bantlanabilir. Əgər daban tikanı, konservatif müalicəyə baxmayaraq bir neçə aydır davam edirsə, həkiminiz, topuğunuzun içinə steroid ehtiva edən biriltihab əleyhinə dərman (kortikosteroid) inyeksiya edə bilər. Simptomlarınız 2-3 həftə müddətində davam edirsə, ayağınız, üzərində gəzə biləcəyiniz gipsə və ya yatarkən fiksasiya edən bir şinə ehtiyacınız ola bilər. Bir çox xəstələrdə, bağın sərbəstləşməsi əməliyyatına ehtiyac ola bilər. Daban Altındakı Ağrı Bu bölgədə ağrılar dabandan başbarmağa qədər davam edən plantar fasia adlandırılan əzələlərdə rast gəlinir.
  • Daban Tikanı (subkalkaneal ağrı): Çox qaçma və tullanma, ayaq barmaqlarından daban sümüyünə uzanan əzələ bantlarının (fascia) iltihablaşmasına səbəb olur. Ağrı topuğunuzun altında və mərkəzində toplanır, başlanğıcda orta dərəcədədir, lakin gecə boyunca istirahətdən sonra ilk addımı atdığınızda, birdən şiddətlənir.
  • Daban Tikanı uzun müddət davam etsə fascia toxuma bantlarının topuğa bağlandığı yerdə, bir daban tikanı (kalsium tortusu) formalaşır. Rentgen muayinəsind bu asanlıqla müşahidə edilir. Müalicə əksəriyyətlə, plantar fasiitlə eynidir.

Topuğun Arxasındakı Ağrı

Əgər topuğunuzun arxasında ağrı varsa, axill tendonunun daban sümüyünə bağlandığı bölgədə iltihab var. (Axill tendinitis) Bu vəziyyət, tez-tez, çox yerimək və ya topuğun arxa qismini sürtən ayaqqabıların geyilməsi nəticəsində ortaya çıxır.Daban arxasındakı ağrı müəyyən müddətdən sonra, yavaş yavaş dərinin qalınlaşmasına, şiş və qızartı olmasına səbəb ola bilər.Dabanınızın arxa hissəsindəki ağrıdan ,toxunmaqla hiss edilən həssas və isti şişlik (Advanced) inkişaf edə bilər. Ağrı, istirahətdən sonrakı ilk hərəkətə başladığınızda ortaya çıxır. Sümükdə hər hansı bir çıxıntı varsa, normal ayaqqabılar geydiyinizdə ağrı hiss edəcəksiniz.

Müalicə

  • Probleminizə səbəb olan hərəkətlər dayandırılır.
  • Həkiminiz daban dəstəyi və ya xüsusi dabanlık istifadə təklif edəcək.
  • İstər daban tikanı istərsə Axill tendinitis üçün xüsusi gərmə daban tikanı məşqləri tövsiyə ediləcəkdir. Xronikiləşmiş problemlərdə fizioterapevtik müalicə və reabilitasiyaya ehtiyac ola bilər.
  • Ağrı və şişlik üçün qeyristeroid iltihab əleyhinə dərmanlar tövsiyə ediləcəkdir.
Bu standart müalicələrdən kifayət qədər fayda görməyən xəstələrdə bioloji müalicə olaraq adlandırılan xüsusi bir müalicə tətbiq oluna bilər. Bu müalicə də xəstədən alınan qandan ayrıştırılan trombosit (laxtalanma hüceyrələri) hüceyrələri ağrılı bölgəyə inyeksiya ediləcəkdir. Trombosit hüceyrələrinin ifraz etdiyi faktorlar daban tikanının yaxşılaşmağını sürətləndirir. Bu faktorlar xəstəliyin yaxşılaşmasında əhəmiyyətli rol oynadığı guman edilir.
OP.DR. SƏLİM MUĞRABİ
Selim Muğrabi; Ortopediya ve Travmatologiya Həkimi. 1970-ci ildə İskenderunda anadan oldu. 1993-cü ildə İstanbul Üniversiteti Tibb Fakultəsindən məzun oldu. 2002-ci ildə Haydarpaşa Numune Xəstəxanasında ortopediya...

Davamı

AYIN KONUSU - DABAN TİKANI
Daban Tikanı, səhər yataqdan qalxdığınızda, ilk bir neçə addımı attıqınızda, ayaq topuğunuzun içində başlayan şiddətli ağrı sizdəki plantar fassitise işarədir...

Davamı