Ayağın Üst Hissəsinin Problemləri - Morton Nevrinoması
Əgər ara sıra yeridikdə "bir muncuq üzərində yeridiyinizi hiss edirsinizsə" və pəncə darağında davamlı bir ağrı varsa, Morton nevrinoması deyə adlandırılan bir xəstəlikdən bəhs edilir. Nevrinoma, sinirin xoş xassəli bir şişidir. Morton nevrinoması, həqiqətən bir şiş deyil. Lakin ayaq barmaqlarına qədər uzanan, digital sinirin ətrafında olan toxumada qalınlaşma vardır. Nevrinoma sinir, ön ayaqdakı ayaq barmağı sümüklərinə (metatarslar) bağlanmaq üzrə bağların altından keçir. Morton nevrinoması, ən çox sıxlıqda üçüncü və dördüncü ayaq barmaqları arasında və əksəriyyətlə zədə və ya həddindən artıq təzyiqin irritasiyasına qarşı bir cavabdır. Morton nevrinomasının qadınlarda kişilərə görə rast gəlmə sıxlığı səkkiz on dəfə daha çoxdur. İşarətlər və Simptomlar Normal olaraq şişkinlik kimi, ayağın üzərində heç bir əlamətlər yoxdur, çünki; bu gerçək bir şiş deyil.

Ayaq pəncəsində, barmaq aralarına şüa kimi yayılan, yandırıcı ağrı.Ağrı, ümumiyyətlə fəaliyyət və ya ayaqqabı giyindikdə artır. Gecə ağrıları nadirdir.

Ayaq barmaqlarında keylik və ya xoş olmayan bir hiss ola bilər.
Qaçışçılar yarışa başlama blokunu itələyərək qaçmağa başlarkən, ağrı hiss edə bilərlər. Yüksək dikdaban ayaqqabılar ayağın bu vəziyyətini daha da ağırlaşdıra bilər. Eyni zamanda, möhkəm və dar ayaqqabılar da sümüklərə təzyiq edir siniri sıxışdıraraq bu vəziyyəti ağırlaştırırlar.
Müayinə və Müalicə: Müayinə zamanı həkim, sümüklər arasında əllə bir kütlə hiss edəbilər və ya tıkkıltı səsi eşidə bilər. Həkim, dəyənəkləri axtarmaq və ya ağrıya səbəb ola biləcək təzyiq qırıqlarını təyin etmək üçün, ayaq barmağı sümükləri arasına təzyiq tətbiq edir. Hərəkət testləri, artrit və ya oynaq ağrılarını təyin edəcək. Rentgen , gərginlik qırıqlarını və ya ayağın ayaq barmaqlarının artritlərini təyin etmək üçün vacibdir. Başlanğıc müalicəsi cərrahi müdaxilə deyil və cərrahi əməliyyatdan nisbətən sadədir. Bu müalicələr aşağıdakıların bir və ya daha çoxunu tələb edir.
  • Ayaqqabınızı dəyişdirin. Yüksək dikdaban və möhkəm sərt ayaqqabılardan uzaq durun və daha geniş, daha alçaq dikdaban və yumşaq altlıqlı ayaqqabılar geyin. Bu imkanlar, sümüklərin çölə doğru yayılmasını sinir üzərindəki təzyiqi azaltmaq üçün bir müddət sinir ağrılarını azaldır.
  • Ortozlar: Ənənəvi ayaqqabı içi dəstəklər və petlər sümükləri qaldırır və bir-birindən ayıraraq irritasyonu yüngülləşdirər və sinir üzərindəki təzyiqin azalmasına kömək ola bilər.
  • İnyeksiyalar: Bir və ya daha çox kortikosteroid inyeksiyaları ağrıkəsici təsiri ilə sinirin şişmə və ağrısını azaldar.
Bir çox araşdırmalar, daha geniş və çox rahat ayaqqabıların geyilməsi, alışılmış ortozların istifadə edilməsi və kortizon inyeksiyası kombinasiyası Morton nevrinomalı xəstələrin 80% 'ndə rahatlamanı təmin etdiyini göstərmişdir. Əgər konservativ müalicə, simptomlarınızı yüngülləşdirmirsə, ortoped cərrahınız sizinlə əməliyyatı müzakirə edə bilər.Əməliyyat; sinirin bir qismini kəsmək və ya sinirin ətrafındakı toxumaları sərbəst buraxmaqdır və ümumiyyətlə qısa bir yaxşılaşma dövrünü əhatə edir.
OP.DR. SƏLİM MUĞRABİ
Selim Muğrabi; Ortopediya ve Travmatologiya Həkimi. 1970-ci ildə İskenderunda anadan oldu. 1993-cü ildə İstanbul Üniversiteti Tibb Fakultəsindən məzun oldu. 2002-ci ildə Haydarpaşa Numune Xəstəxanasında ortopediya...

Davamı

AYIN KONUSU - DABAN TİKANI
Daban Tikanı, səhər yataqdan qalxdığınızda, ilk bir neçə addımı attıqınızda, ayaq topuğunuzun içində başlayan şiddətli ağrı sizdəki plantar fassitise işarədir...

Davamı