Uşaqlarda Ayaq Problemləri – Düz Pəncəlik və Əyri Pəncəlik
Ayağın funksiyalarından biri bədənin yük daşıma qabiliyyətinə dəstək olmaqdır. Ayaq, hər dəfə yerə basma hərəkəti əsnasında topuqdan ayağın ön hissəsinə doğru bir bükülmə hərəkəti edərək bədənin yaylanma mexanizminə köməkçi olar. Bu yaylanma hərəkətini təmin edən ən əhəmiyyətli bölgə, ayağın daxili hissəsində olan daxili qövslərdir (arx). Bu insanın qövs olmamasına düz pəncəlik deyilir. Bu xəstələrdə yükün topuqan önə doğru köçürülməsi mümkün olmadığından müxtəlif problemlər meydana gəlir.

Düz pəncəlik problemi təsvir edilərkən 2 əsas hal var.
  • Birinci hal elastik (Flexible) düz pəncəlik. Ümumiyyətlə uşaqlıq çağında diaqnozu qoyulur. Belə hallarda xəstənin ayağı yerə təmas etmədiyi zaman ayağın daxili qövslərinin var olduğu, ancaq bu qövslər yerə basma ilə ortadan itdiyi görülür.
  • İkinci hal sərt (RİGİD) düz pəncəlikdir. Bu halda xəstənin ayağı istər yerə basma əsnasında istərsə də yerə təmas etmədiyi zaman daxili qövsün olmadığı görülür.
  • Düz pəncəlik ən çox əyri pəncəliklə müşayiət edilir. Ayağın yük daşıma qabiliyyətinin pozulması ayaq quruluşunda daxili tərəfə yük minməsi ayaqda əyri (içəriyə) basma kimi güsurun meydana gəlməsinə yol açır. Bundan başqa, bu güsürları yeriməklə artan ağrı, axşam saatlarında qaval sümüyü ağrısı, mövcud olan onurğa problemlərinin yenidən aktivləşməsi, yeridikdə tez yorulma, idman göstəricilərinin aşağı düşməsi.
  • Ayaqlarınız tez yorulursa və ya uzun müddət ayaqda qalmaqla ağrı başlayırsa,
  • Topuq ətrafında ağrı inkişaf edir,
  • Ayağlarınızdakı ağrı idman qabiliyyətinizi azaldırsa lütfən həkiminizə müraciət edin.
Müalicə variantları
Ağrısız düz pəncəlikdə müalicəyə ehtiyac yoxdur.
Ağrılı olanlarda
  • Ayaqqabını dəyişdirmək (ayaqqabı modifikasiyası),
  • Ayaq gövsünü dəstəkləyən pəncəlik və ya xüsusi hazırlanmış ayaqqabı içliyi geyinmək,
  • Ağrını yüngülləşdirən iltihab əleyhinə dərmanlar istifadəsi,
  • Ağrını azaltmaq üçün oynaq içərsinə kortikosteroid inyeksiya etmək,
  • İstirahət və buz,
  • Fizioterapiya.
Bəzi xəstələrdə, güsüru aradan qaldırmaq üçün cərrahiyə əməliyyatı lazım ola bilər. Cərrahiyyə üsulları; ağrını yüngülləşdirmədə və sümüklərin düzülüşünün hazırlanmasında köməkçi ola bilər. Ortoped həkiminiz əməliyyatın növü haqqında aşağıdakı vəziyyətləri düşünəcək:
  • Artrodez və ya ayaq və topuqdakı, bir və ya bir neçə sümüyün, birlikdə birləşməsidir (füzyon),
  • Osteotomi və ya sümüyün düzgün düzülüşü üçün, kəsmə və yenidən formalandırma,
  • Eksizyon və ya sümüyün və ya sümük çıxıntısının çıxardılması
  • Sinovektomi və ya bağı örtən kapsulanın təmizlənməsi,
  • Bağ köçürülməsi və ya bir parça bağ istifadə edərək, bir başqa bağı uzatmaq və ya yerini dəyişmək.
OP.DR. SƏLİM MUĞRABİ
Selim Muğrabi; Ortopediya ve Travmatologiya Həkimi. 1970-ci ildə İskenderunda anadan oldu. 1993-cü ildə İstanbul Üniversiteti Tibb Fakultəsindən məzun oldu. 2002-ci ildə Haydarpaşa Numune Xəstəxanasında ortopediya...

Davamı

AYIN KONUSU - DABAN TİKANI
Daban Tikanı, səhər yataqdan qalxdığınızda, ilk bir neçə addımı attıqınızda, ayaq topuğunuzun içində başlayan şiddətli ağrı sizdəki plantar fassitise işarədir...

Davamı